HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Azərbaycan yanğınsöndürənləri “yaşıl vətən”i alovdan belə xilas edirlər

Artıq altıncı gündür ki, bütün Türkiyə çoxsaylı yanğın ocaqları ilə mübarizə aparır. Hazırda Anadolu bölgəsi tarixinin ən çətin dövrlərindən birini yaşayır. Azərbaycan yanğınsöndürənləri Türkiyədə tüğyan edən meşə yanğınlarının söndürülməsində fədakarlıq göstərirlər. Bu qardaşlıq münasibəti iki ölkə və xalq arasında yeni sədaqət səhifəsi açıb. Azərbaycan yanğınsöndürənləri “yaşıl vətən”i “alov” adlı düşməndən böyük şücaətlə xilas edirlər.