Bakı Təşəbbüs Qrupu Niderland tərəfindən Azərbaycan əleyhinə qəbul edilən qətnamələrə münasibət bildirib

Oktyabrın 10-da Niderland parlamentinin Nümayəndələr Palatası tərəfindən Azərbaycan əleyhinə birtərəfli və qərəzli iki qətnamə qəbul edilib, ölkənin xarici işlər naziri bu qətnamələrə dəstək verib.
Niderland parlamentinin yaxın tarixə və bu günümüzə aid faktları saxtalaşdıran qətnamələr qəbul etməsi artıq uzun müddətdir ki, Niderlandın cinayətlərlə dolu müstəmləkəçilik siyasətinin ifşası ilə məşğul olan Bakı Təşəbbüs Qrupunda təəccüb doğurmur.