HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Xankəndidəki tikiş fabrikində istehsal olunan məhsulların 80 faizi ixrac ediləcək

Xankəndi şəhərindəki tikiş fabrikində yüksəkkeyfiyyətli trikotaj məhsullar istehsal olunur. Yeni istifadəyə verilən fabrikin müasir avadanlıqlarla təmin olunması, müəssisədə yaradılan yüksək istehsal şəraiti keyfiyyətli məhsula zəmanət verir. Tikiş fabriki Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının nəticəsidir. Azərbaycan və Özbəkistan prezidentləri noyabrın 13-də videobağlantı vasitəsilə fabrikin açılış mərasimində iştirak ediblər.

Bakıda COP29 çərçivəsində veloyürüş təşkil edilib

Bakıdakı Türkiyə Təhsil Qurumları və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə COP29 çərçivəsində velosiped turu keçirilib.

AZƏRTAC xəbər verir ki, yürüşdən əvvəl Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Bakının daxilində “kiçik şəhərcik”: COP29 məkanı sanki “Nuhun gəmisi”nə bənzəyirdi…

Odlar diyarı Azərbaycan daha bir mötəbər tədbiri böyük təntənə ilə yola saldı. Təxminən 15 gün ərzində demək olar ki, insanların yaşadığı bütün materik və qitələrin nümayəndələri dünyanı bürüyən qlobal problemin çarəsini Bakıda axtardılar. Cəmi 11 aya xariqələr yaradan Azərbaycan COP29 üçün hər bir detalı nəzərdə saxlamışdı. Yaddan çıxan hansısa incə bir məqam yox idi. COP29 məkanı kiçik şəhərcik kimi idi… Dünyanın dörd bir yanından iştirakçıların olduğu COP29 məkanı sanki “Nuhun gəmisi”nə bənzəyirdi… Həmin “gəmiyə” minənləri bir məqsəd, bir ümid birləşdirirdi: təbiətin qəzəbindən xilas olmaq…

Milli Məclisin sədri MDB PA-nın 57-ci iclasında COP29 haqqında məlumat verib

Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 22-də Sankt-Peterburq şəhərində MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının (PA) 57-ci plenar iclasında çıxış edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Sahibə Qafarova Parlamentlərarası Assambleya çərçivəsində əməkdaşlığın Birlik ölkələri üçün səmərəli tərəfdaşlıq mexanizminə çevrildiyini, bunun da müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin inkişafına böyük töhfə verdiyini diqqətə çatdırıb.