HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Bu gecə Bakıda 3-5 dərəcə şaxta olacaq – XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında fevralın 23-dən 24-nə keçən gecə havanın minimal temperaturu 3-5 dərəcə şaxta, 24-dən 25-nə keçən gecə isə 6-8 dərəcə şaxta olacaq.

Şaxtalı hava şəraiti ilə əlaqədar yollar buz bağlayacaq.

Çikaqoda Xocalı soyqırımına həsr olunmuş 2-ci Qlobal Dialoq Konfransı keçirilib

ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Keçmişlə gələcək arasında körpü” mövzusunda 2-ci Qlobal Dialoq Konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda beynəlxalq ekspertlər, ABŞ-ın müxtəlif ştatlarında yaşayan Azərbaycan icmasının nümayəndələri, Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmiləri, Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşları və digər qonaqlar iştirak ediblər.

VI İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi vaxt müəyyənləşib

VI İslam Həmrəyliyi Oyunları noyabrın 7-dən 21-dək Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyad şəhərində keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə İslam İdman Oyunları Assosiasiyası məlumat yayıb. İdman tədbirinin Kamerunun paytaxtı Yaundedə keçirilməsi planlaşdırılsa da, qərara sonradan dəyişiklik edilib.