
XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 29-cu ildönümü ilə əlaqədar fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi “Facebook” səhifəsində Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı paylaşım edib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Xocalı soyqırımının 29-cu il dönümü ilə bağlı paylaşım edib.
İndoneziya Parlamentinin rəsmi səhifəsində “İndoneziya Parlamenti Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə dərin kədər hissi ilə başsağlığı verir” başlıqlı bəyanat yayımlanıb.
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Böyük Britaniya Nümayəndələr Palatasının veb-saytında Azərbaycan xalqına başsağlığı ifadə edən bəyanat yerləşdirilib.