Bu gündən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində əhaliyə ağac tinglərinin paylanması kampaniyası keçirilib.
Yerli və xarici qeyri-hökumət təşkilatlarının (QHT) Vətən müharibəsi dövründə Ermənistanın Azərbaycana qarşı törətdiyi beynəlxalq cinayətlərdən bəhs edən geniş hesabatı hazırlanıb.
“Nizami Gəncəvi İli” çərçivəsində rəssamlıq istedadına malik olan uşaqların, yeniyetmə və gənclərin yaradıcılıq duyğularını və bədii zövqünü inkişaf etdirmək, onların yaradıcılığını stimullaşdırmaq, uşaqlarda əhatə olunduqları mədəni mühitə münasibət formalaşdırmaq və ona yanaşma tərzinin təkmilləşdirmək, doğma el-obaya, Vətənə məhəbbət hisslərini, rəşadətli Azərbaycan ordusunun Vətən müharibəsində göstərdiyi qəhrəmanlığı insanlara aşılamaq məqsədilə “Azərbaycanım” IV respublika uşaq rəsm festivalı çərçivəsində müsabiqə elan olunub.
1918-ci il fevralın 23-də Cənubi Qafqazın ali hakimiyyət orqanı- Zaqafqaziya Seymi yaradıldı. Lakin Seymin tərkibinə daxil olan Azərbaycan, gürcü və erməni fraksiyaları arasında daxili və xarici siyasətin əsas məsələlərinə münasibətdə ciddi fikir ixtilaflarının olduğu aşkara çıxdı.
Onun yaratdığı sənət əsərləri danışır. Onun sehrli barmaqlarından çıxan hər bir əsər keçdiyi ömür yolunun bariz nümunəsidir. Rəngarəng əsərlərin qəhrəmanı ilə həm danışmaq, həm də bu rənglərin işığından keçdiyi ömür yoluna nəzər salmaq imkanımız oldu. 57 illik bir sənət fəadaisinin ömür yolunu vərəqlədikcə illərin heç də hədər getmədiyinin bir daha şahidi olduq. Öyrəndik ki, könlünü bu sənətə lap uşaqlıqdan bağlayıb.
Bir müddət öncə, əməkdar jurnalist Fuad Babayev sosial şəbəkələrdə Quba rayonunun Xanəgah kəndindəki XIX əsrə aid tarixi məscid binasının tamamilə dağılmaq ərəfəsində olduğunu bildirdi və həyəcan təbili çaldı.
BDU-nun Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müəllimi Teymur Qasımlının “Siyasi kommunikasiya” adlı yeni kitabı işıq üzü görüb.