HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Beynəlxalq səyyahlar Şuşa şəhəri ilə tanış olublar

Qarabağa səfər edən dünyanın 30 ölkəsindən gələn səyyahlar Füzulidən sonra Azərbaycanın tarixi və mədəniyyət mərkəzlərindən olan Şuşa şəhərinə gəliblər. Onlar Şuşanın əsrarəngiz təbiəti, tarixi yerləri və burada həyata keçirilən quruculuq işləri ilə tanış olublar.

Dünyaşöhrətli “NomadMania” səyyah klubunun Qarabağa səfəri başlayıb

Bu gün dünyanın 30 ölkəsinin – ABŞ, Britaniya, Belçika, Almaniya, İsveçrə, Polşa, Niderland, Fransa, Braziliya, Mərakeş, Danimarka, Çili, Portuqaliya, Sierra Leone, Ruanda, Suriya, Hindistan, Serbiya, Yunanıstan, Albaniya, Türkiyə, Slovakiya, Sinqapur, İtaliya, İspaniya, İran, Kamerun, Çin, Avstraliya və Yeni Zelandiyanın səyyah elitasında yer alan nüfuzlu beynəlxalq səyahətçilərin Qarabağa səfəri başlayır.