HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Leonid Slutski: Kimsə Ermənistanın silahlanacağına və Qarabağı geri alacağına ümid edirsə, bunu gözləməsin

Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri, LDPR lideri Leonid Slutski AZƏRTAC-a müsahibəsində Rusiya-Azərbaycan münasibətlərinin vəziyyətindən danışıb, Azərbaycan ilə Ermənistan arasında sülh yolu ilə nizamlanma barədə fikirlərini açıqlayıb, O, eyni zamanda, Qarabağın müharibədən sonrakı bərpasında Azərbaycan rəhbərliyinin xidmətlərini qeyd edib, Bakının İkinci Dünya müharibəsinin veteranları ilə bağlı humanitar siyasətini dəyərləndirib.

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Aprelin 18-i saat 22:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Diplomatik korpusun nümayəndələri Şuşa şəhəri ilə tanış olublar

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Azərbaycan tarixinin və mədəniyyətinin simvolu olan Şuşa şəhərinə səfər ediblər. Xarici diplomatları Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.