HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Fevralın 1-dən Azərbaycanda vaksinasiyanın ikinci mərhələsinə başlanacaq

Azərbaycanda koronavirusa qarşı vaksinasiya Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir. Azərbaycan vaksinasiyaya başlayan ilk ölkələr sırasındadır. Dünyada əksər ölkələr hələ vaksinasiyaya başlamayıb. Eyni zamanda, Azərbaycan ən yüksək keyfiyyətli vaksinlərin əldə edilməsinə nail olub.

ANAMA: Şuşa şəhəri ərazisində təcili təxirəsalınmaz əməliyyatlar keçirilib

2021-ci il yanvarın 4-13-ü tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əməkdaşları ilə birlikdə düşmən işğalından azad olunmuş Şuşa şəhərində xüsusi əməliyyat-axtarış tədbiri həyata keçirilib.

Operativ Qərargah: Xüsusi karantin rejiminin müddətinin aprelin 1-dək uzadılmasına qərar verilib

Dünyada, o cümlədən Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilib, virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilib. Bu barədə AZƏRTAC-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.