
Yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib.
İşğaldan azad edilmiş şəhər və kəndlərimizi gəzdikcə ermənilərin törətdiyi vandalizm aktlarının şahidi olur, acı təəssüf hissləri keçiririk. Ermənilər 27 ildən artıq dövr ərzində işğal altında saxladıqları əraziləri ancaq talayıb, dağıdıb, məhv ediblər. Xalqımıza məxsus tarix və mədəniyyət abidələri, qəbirstanlıqlar da erməni vandalizminə məruz qalıb. Bu, onu deməyə əsas verir ki, ermənilər dədə-baba torpaqlarımzdan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı silmək istəyiblər.
Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri, burada qondarma qurumun nümayəndələri ilə görüşlər keçirməsi və “sənədlər” imzalaması 10 noyabr tarixli üçtərəfli Bəyanata ziddir və hərbi əməliyyatların dayandırılmasından sonra bölgədə sülh, təhlükəsizlik və əməkdaşlığın yaradılması çərçivəsinə qətiyyən uyğun gəlmir.