HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Bu gün 51 mindən çox şagirdin ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verməsi nəzərdə tutulur

Aprelin 13-də Bakı şəhərinin Xətai, Nəsimi, Nərimanov, Qaradağ, Suraxanı və Səbail rayonlarında, Gəncə (I hissə), Samux, Yevlax, Qazax, Ağstafa, Şəki, Lənkəran (I hissə), Astara, Yardımlı, Ağdam, Ağcabədi, Şuşa, Xankəndi, Xocalı, Ağsu, Zərdab, İsmayıllı, İmişli, Şirvan, Biləsuvar, Qusar, Siyəzən, Xızı və Şabranda Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirir.

Aprelin 12-si Dünya Aviasiya və Kosmonavtika Günüdür

Aprelin 12-si dünyada Aviasiya və Kosmonavtika Günü kimi qeyd olunur. Bu günün tarixi əhəmiyyəti təkcə bir insanın Yer orbitinə çıxması ilə bağlı deyil, bütövlükdə insanlığın kosmosa ilk dəfə ayaq açdığı gündür. Məhz 1961-ci ilin bu günündə sovet kosmonavtı Yuri Alekseyeviç Qaqarin “Vostok-1” kosmik gəmisi ilə Yer kürəsinin orbitinə çıxmaqla tarixə düşüb. Ümumilikdə 1 saat 48 dəqiqə davam edən bu tarixi uçuş Yer ətrafında tam bir dövrəni əhatə edib və kosmosa çıxış dövrünün başlanğıcı kimi qiymətləndirilib. SSRİ Ali Sovetinin 1962-ci il 9 aprel tarixli qərarı ilə bu gün – 12 Aprel Dünya Aviasiya və Kosmonavtika Günü kimi qeyd olunmağa başlanıb.