Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı

Ermənistan silahlı qüvvələri cəbhənin Füzuli istiqamətində dinc əhaliyə qarşı qadağan olunmuş fosforlu bombalardan istifadə ediblər.
Azərbaycan Ordusunun qətiyyətli əks-hücum əməliyyatı davam edib. Ermənistan-Azərbaycan dövlət sərhədinin Ağstafa rayonu sahəsində uçuş keçirməyə cəhd göstərən düşmənin pilotsuz uçuş aparatı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən dərhal məhv edilib.
Şuşa şəhərində kilsənin zərər çəkməsi barədə məlumatın Azərbaycan Ordusunun döyüş fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur.
Jurnalistin məlumatı göstərir ki, erməni əsilli Fransa vətəndaşları Azərbaycanın mülki əhalisinə və hərbçilərinə hücumlar edən muzdlular qismində Ermənistan silahlı qüvvələrinin sıralarında fəaliyyət göstərirlər.