Qələbə Azərbaycanındır!

Artıq 30 ilə yaxındır ki, Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf rayonları da daxil olmaqla 20% ərazisi Ermənistan tərəfindən işğal edilib və indiyə qədər bu işğal davam edir. Bu müddət ərzində BMT Təhlükəsizlik Şurası, AŞPA, Avropa Parlamenti, ATƏT PA və digər beynəlxalq qurumlar tərəfindən çoxsaylı qətnamələr qəbul edilmişdir. Bu sənədlərdə Azərbaycan ərazilərinin işğalı faktı təsbit edilmiş və işğalçı silahlı qüvvələrin qeyd-şərtsiz həmin əraziləri tərk etməsi tələb edilmişdir. Lakin bu qərarlar hamısı kağız üzərində qalmış və əhəmiyyətsiz kağız parçasına çevrilmişdir.