MEDİA-nın yeddinci könüllülük proqramı uğurla yekunlaşıb

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yeddinci könüllülük proqramı uğurla başa çatıb.
AZƏRTAC xəbər verir ki, 2024-cü ilin oktyabr ayından cari ilin yanvar ayınadək müddəti əhatə edən proqram çərçivəsində iştirakçılar Agentliyin müxtəlif strukturlarında fəal iştirak edərək, tapşırıqları yüksək səviyyədə yerinə yetiriblər. Bu müddət ərzində onlar peşəkar bacarıqlarını inkişaf etdirərək kommunikasiyanın səmərəliliyi, komanda işi və idarəetmə vərdişləri kimi mühüm sahələrdə təcrübə əldə ediblər.