HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Akademik: Qarabağa, Şuşaya, Qərbi Azərbaycana və Qafqaz Albaniyasına həsr olunmuş 35-dən çox elmi iş araşdırılıb

AMEA-nın Rəyasət Heyətinin iclasında İctimai Elmlər Bölməsinin (İEB) 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib.

AZƏRTAC xəbər verir ki, hesabatı AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri akademik Gövhər Baxşəliyeva təqdim edib.

İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb

Yanvarın 25-də İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə çağırılıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı son zamanlar hökumət dairələrinə yaxın İran mətbu orqanlarında Azərbaycan əleyhinə, ölkəmizin rəhbərliyinə qarşı açıq-aşkar şəkildə aparılan kampaniyaya etiraz bildirilib.

Romada azərbaycanlı gənc rəssamların sərgisi açılıb

İtaliyanın paytaxtı Romanın Medina İncəsənət Qalereyasında azərbaycanlı gənc rəssamların “Mədəni diplomatiya sənəti – Sülh naminə incəsənət” adlı qrup sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərginin açılış mərasimində diplomatik korpusun, mədəniyyət, incəsənət və akademik dairələrin nümayəndələri, həmçinin İtaliyada yaşayan soydaşlarımız iştirak ediblər.

Bakıda Çinin Yeni ili qeyd olunub

Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Xəzər Universitetində Çinin Yeni il bayramı münasibətilə tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, bu il tədbir “Çin Yeni ili – Birlikdə” mövzusunda təşkil olunub.