HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Aprel döyüşləri – Vətən müharibəsindəki Qələbəyə aparan yolun başlanğıcı

1-4 aprel, 2016-cı il… Həmin dörd gün Azərbaycanın hərb tarixinə parlaq səhifələr kimi daxil olub. Əbəs yerə Azərbaycan xalqının və ordumuzun qəhrəmanlığının nümayişi olan Aprel döyüşlərini Vətən müharibəsindəki möhtəşəm Qələbənin başlanğıcı kimi dəyərləndirmirlər. Erməni quldur birləşmələri tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsində mühüm və əhəmiyyətli rol oynayan şanlı Aprel döyüşlərindən doqquz il ötür.

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib

Azərbaycan Prezidenti İlham Əliyev Ramazan bayramı münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.

AZƏRTAC xəbər verir ki, dövlət başçısının paylaşımında deyilir: “Əziz bacı və qardaşlarım! Sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza Ramazan təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayıram. Allah orucunuzu və dualarınızı qəbul etsin. Ramazan bayramınız mübarək olsun!”.