HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Professor Asif Hacıyevin nüfuzlu Rusiya məcmuəsində məqaləsi dərc edilib

Azərbaycan Universitetinin professoru Asif Hacıyevin M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin (МГУ) Asiya və Afrika Ölkələri İnstitutunun keçirdiyi ənənəvi “Dmitriyev oxuları” XXVII Beynəlxalq konfransına təqdim etdiyi “Ahıska türklərinin sürgün folklorunun folklor-ədəbiyyat sinkretizmi və janr tipologiyası” mövzusunda geniş həcmli məqaləsi bu tədbirin materiallarını əhatə edən “Türk filologiyası məsələləri” məcmuəsinin XIII buraxılışında dərc edilib.