Ömrünü xeyriyyəçiliyə həsr edən Elxan Süleymanova təbrik əvəzi – 80 yaş nədir hələ?!

Adamlar hamısı eyni cür doğulsalar da, eyni cür yaşamırlar. Bu şablondan çıxış edərək, söyləmək olar ki, insanlardan kimisi dünyaya fayda verir, kimisi də yük olur dünyaya. Bir qisim insanlar da var ki, onlar ümumiyyətlə, az-az gəlir cəmiyyətlərə. Yer üzünə ancaq yaxşılıq etmək, dəstək olmaq, kömək üçün təşrif buyururlar. Əlbəttə, belə insanlar dünya durduqca olacaq.