Ağdamda “Şəhidlər” abidə kompleksinin önünə tər qərənfillər düzülüb

Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin 35-ci ildönümü respublikamızın hər yerində olduğu kimi, Ağdam rayonunda da böyük ehtiramla yad edilib.
Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin 35-ci ildönümü respublikamızın hər yerində olduğu kimi, Ağdam rayonunda da böyük ehtiramla yad edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Azərbaycan tarixinin ən faciəli hadisələrindən olan, eyni zamanda xalqımızın azadlıq və müstəqillik mübarizəsinin növbəti qəhrəmanlıq səhifəsi hesab edilən qanlı 20 Yanvar hadisəsindən 35 il ötür. Bu münasibətlə Milli Kitabxanada 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş “20 yanvar – Qəhrəmanlıq və qürur günümüzdür!” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim edilib.
Azərbaycan xalqına qarşı törədilmiş 20 Yanvar faciəsindən artıq 35 il ötür. Tarixə “Qanlı Yanvar” kimi həkk olunmuş bu hadisə xalqımızın azadlıq arzusunu və istəyini boğmaq məqsədilə həyata keçirilmiş ən ağır cinayətlərdən biridir. Bu faciə Azərbaycan xalqının yaddaşına həm kədər, həm də qürur günü kimi həkk olunub. Qanlı Yanvar qətliamı, eyni zamanda, Azərbaycanın müstəqillik yolunda dönməz qərarının ifadəsi idi. Şəhidlərimizin qanı ilə yazılan bu tarix,xalqımızın azadlıq mübarizəsinin simvoluna çevrildi.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı paylaşım edib.
AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 Yanvar faciəsi ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib.
AZƏRTAC paylaşılan fotonu təqdim edir.