HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Hikmət Hacıyev: Dünyanın 130-dan çox dövləti Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəklədi

Dünyada COVID-19 pandemiyası başlayandan bəri Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası tərəfindən koronavirusa qarşı regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır.

Tarix İnstitutunda “Azərbaycan Səfəvi dövlətinin xarici siyasəti” kitabı çap olunub

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu dünya səfəvişünaslığının əsas mərkəzidir. Elmi müəssisədə Azərbaycan Səfəvi imperiyası tarixinin bütün əsas məsələləri dərindən araşdırılır. İnstitutun elmi-tədqiqat planına uyğun olaraq, bugünlərdə tarix üzrə elmlər doktoru Tofiq Nəcəflinin “Azərbaycan Səfəvi dövlətinin xarici siyasəti (Türkiyə tarixşünaslığında)” adlı kitabı çap olunub.