HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yayıb

Ermənistan hakimiyyəti özünün təşkil etdiyi oyuncaq qurumun pərdəsi altından Azərbaycana qarşı yenidən ərazi iddiaları ilə çıxış edir. Bu, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 1/5 hissəsini təşkil edən Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonun hələ də Ermənistanın işğalı altında olması fonunda baş verir.

İyulun 5-dən etibarən vətəndaşlar istifadə edəcəkləri nəqliyyat vasitəsinin də seriya nömrəsini SMS-lə 8103-ə göndərməlidirlər

“icaze.e-gov.az portalı vasitəsilə hər bir əməkdaşa icazə verildikdə onun istifadə etdiyi nəqliyyat vasitəsinə dair məlumat da daxil edilir. 8103 SMS icazə sistemində isə vətəndaşlar şəxsiyyət vəsiqələrinin seriya və nömrəsini yazmaqla icazə alırlar. İyulun 5-dən etibarən vətəndaşlar özləri üçün icazə alarkən istifadə edəcəkləri nəqliyyat vasitəsinin seriya nömrəsini də eyni SMS-lə 8103 qısa nömrəsinə göndərməlidirlər.