HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

ADY nümayəndəsi: Azərbaycanda ən uzun dəmir yolu körpüsü Horadiz–Ağbənd xətti üzərində inşa olunub

Horadiz-Ağbənd dəmir yolu xəttinin uzunluğu 110,4 kilometr, yan yollarla birlikdə isə 140,6 kilometr təşkil edir. Layihə çərçivəsində 9 stansiyanın, 40 körpünün, 22 avtomobil keçidinin, 4 tunelin, 3 qalereyanın və 600-ə yaxın mühəndis qurğusunun inşası nəzərdə tutulub. Ümumilikdə isə tikinti-quraşdırma işləri üç mərhələdə həyata keçirilir.

Bakı-Tbilisi-Ceyhan kəməri ilə 613 milyon ton neft nəql olunub

Cari ilin ilk üç rübü ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) üzrə əməliyyat xərclərinə təxminən 97 milyon dollar, əsaslı xərclərə isə 50 milyon dollar vəsait xərclənib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,7 faiz (və ya 7 milyon dollar) azalma və 1,8 dəfə (və ya 22 milyon dollar) artım deməkdir.

Xankəndidə Zəfər yürüşü

Noyabrın 6-da Xankəndi şəhərində Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi yürüş keçirilib.