HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Vilnüsdə Azərbaycan və Cənubi Qafqazın tarixi ilə bağlı kitabların təqdimatı olub

14860402392344542943_1000x669

Vilnüs şəhər Zabitlər Evində Azərbaycanın və Cənubi Qafqazın tarixini təhlil edən kitabların təqdimat mərasimi keçirilib.

Mərasimdə qonaqların diqqətinə tarixçi alim Alqimantas Liyekisin “XX əsrdə Qafqazda xalqların köçü”, jurnalist Qintaras Visotskasın “Qara Bağ Faciəsi” və Leonas Yurşanın “Siyasətçilərin qərarlarının xalqların talelərinə təsiri” adlı kitabları Litva dilində təqdim olunub. Tarixçi alim A.Liyekisin “XX əsrdə Qafqazda xalqların köçü” adlı kitabı, eyni zamanda, rus dilində də təqdim edilib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ermənilər tərəfindən saxlanan Azərbaycan vətəndaşı ilə bağlı açıqlama yayıb

Humangovaz

Dövlət Komissiyasına daxil olmuş məlumata əsasən, Ermənistan-Azərbaycan qoşunlarının aralıq xəttində, cəbhənin Talış istiqamətində Ermənistan hərbçiləri tərəfindən saxlanılmış Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlunun azad edilməsi məqsədi ilə aidiyyəti beynəlxalq təşkilatlar məlumatlandırılmışdır və zəruri tədbirlər görülür.
Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

http://www.human.gov.az/az/news/view/256/Esir_ve_itkin_dushmush,_girov_goturulmush_vetendashlarla_elaqedar__Dovlet_Komissiyasinin_melumati.#.WJMpy1WLSUk

Tarix İnstitutunun elmi şurası Şuxrat Salamovla bağlı bəyanat qəbul edib

14859445855582146265_1000x669

Fevralın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda elmi şuranın növbəti iclası keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən institutun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov iclasın gündəliyindəki əsas məsələnin bu günlərdə məşhur özbək tədqiqatçısı Şuxrat Salamovun (Barlas) “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək” (2015) və “Qarabağ: ideyalar müharibəsi” (2016) əsərlərinə görə erməni təxribatçıları tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı olduğunu söyləyib. O deyib: “Hər iki kitab işıq üzü gördükdən sonra Ermənistanda və ermənilərin təzyiqi ilə Özbəkistanda Ş.Salamova qarşı kampaniya başlayıb”.