HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

FHN: Amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınları ilə mübarizə tədbirlərini davam etdirir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasındakı güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

Cəbrayıl şəhəri və Soltanlı kəndindəki seçki məntəqələri seçkiyə tam hazırdır

Sentyabrın 1-nə təyin olunan Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə bağlı 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə bütün seçki məntəqələrində hazırlıq işləri başa çatıb.

120 Saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsi Dairə Seçki Komissiyasından AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, dairə üzrə 82 seçki məntəqəsi var, 2 seçki məntəqəsi işğaldan azad olunan ərazidə, Cəbrayıl şəhərində və Soltanlı kəndi ərazisində yerləşir. Dairə üzrə ümumilikdə 54486 seçici qeydə alınıb ki, onlardan da ilk dəfə səsvermədə iştirak etmək hüququ olanların sayı 570 nəfərdir. Seçki prosesini izləmək üçün 1359 nəfər müşahidəçi qeydə alınıb.

“Sea Breeze” istirahət mərkəzində LANDAU Məktəbinin və “The Grand” apart hotelinin açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər

Avqustun 28-də Bakıda “Sea Breeze” istirahət mərkəzinin ərazisində yaradılan “LANDAU School” Təhsil Kompleksinin məktəbinin və “The Grand” apart hotelinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbirdə iştirak ediblər.