Bu gün səhər saatlarında Qaradağ rayonu Liman Nəzarət Müfəttişliyi tərəfindən Milli Mərkəzə daxil olan məlumata əsasən Sənqaçal Estakadasının “Nst-3” buruğunun qülləsi kəskin hava şəraiti nəticəsində aşmışdır.
Baş vermiş hadisə ətraflı dəyərləndirilərək Dövlət Dəniz Administrasiyasının Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi tərəfindən dərhal bütün müvafiq təşkilatlar məlumatlandırılaraq, mümkün axtarış və xilasetmə əməliyyatları nəzərə alınmaqla yaxınlıqda olan gəmilər- “Gültəkin Əsgərova”, “Vadim Seyidov”, “Vixr-5” ilk öncə hadisə yerinə yönəldilmişdir.İkinci mərhələdə isə “Caspian Provider”, “ Caspian Pride” və “Lənkəran” gəmiləri qəzanın fəsadlarının aradan qaldırılması məqsədilə hadisə yerinə cəlb edilimişdir.
Hal-hazırda qəzanın nəticələrinin aradan qaldırılması və suya düşməsi ehtimal olunan şəxslərin axtarışı prosesi Milli Mərkəzi tərəfindən koordinasiya edilərək daim nəzarətdə saxlanılmaqdadır.
Mənbə: http://ardda.gov.az/?p=5216#more-5216
Dekabrın 15-də N.Nərimanov adına neft və qazçıxarma idarəsində (NQÇİ) baş vermiş hadisə ilə əlaqədar “Azneft” İstehsalat Birliyində (Bakı şəhəri, Neftçilər prospekti, 73) qərargah yaradılıb.
Bakıda könüllü jurnalistlərin “Dilqəm və Şahbazı ziyarət et, həqiqəti gözünlə gör” təşəbbüs qrupunun təşkilatçılığı ilə tədbir keçirilib.
APA-nın məlumatına görə, 11 iyul 2016-cı ildə Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluğunun ikinci ilin tamam olması ilə əlaqədar dünya jurnalistlərini də sıralarına cəlb edən azərbaycanlı jurnalistlər “Dilqəm və Şahbazı ziyarət et, həqiqətləri gözünlə gör!” adı altında bir təşəbbüs qrupu yaradıb. Təşəbbüs qrupunun fəaliyyətini dəstəkləyən İtki və Tələfatlar üzrə İşçi Qrupu, Mətbuat Şurası, Dilqəm və Şahbazın Hüquqlarının Müdafiəsi Komitəsi, Azərbaycan Sosial Rifah Partiyasının təmsilçiləri və mətbuat nümayəndələrinin iştirakı ilə keçirilən bugünkü tədbirdə MŞ sədri, deputat Əflatun Amaşov hər kəsi erməni girovluğundakı Dilqəm və Şahbazın azadlığa buraxılması üçün aparılan mübarizədə fəallığa çağırıb. O qeyd edib ki, dövlət bu istiqamətdə yüksək səviyyədə çalışır.