HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Ceyms Uorlik həmsədrlikdən gedir

ceyms-uorlik

Ceyms Uorlik ABŞ-ın ATƏT-in Minsk qrupundakı həmsədri vəzifəsindən gedir.

APA-nın məlumatına görə, bu barədə diplomat özünün “Twitter” hesabında  yazıb.

O, həmsədr kimi səlahiyyətlərinin bu il dekabrın 31-də başa çatacağını bildirib.

XİN sözçüsü: “Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşünün formatı genişlənə bilər”

behram-qasimi-2“Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli görüşü gələn il Tehranda keçirilə bilər”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi keçirdiyi mətbuat konfransında deyib. B. Qasımi bildirib ki, üçtərəfli zirvə görüşü ölkələr arasında münasibətlərin daha da inkişafına xidmət edir: “Düşünürəm ki, bu görüşün tərkibi dəyişərək bir neçə ölkə prezidentinin iştirakı ilə təşkil oluna bilər”.

“Canımız Qarabağ, yazımız Qarabağ!” layihəsi Cəbrayılda

img_4566

Noyabrın 15-də Cəbrayılın on bir saylı məcburi köçkün qəsəbəsində (Biləsüvar)  “Azərbaycan Yazarlar Klubu” İctimai Birliyinin “Canımız Qarabağ, Yazımız Qarabağ” layihəsi çərçivəsində  ziyalılar, gənclər və ictimaiyyətin müxtəlif təbəqələrilə görüş keçirilib.