HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Bu gün 57 mindən çox XI sinif şagirdinin buraxılış imtahanı verməsi nəzərdə tutulur

Martın 2-də Dövlət İmtahan Mərkəzi (DİM) Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami, Abşeron (I hissə), Sumqayıt (I hissə), Gəncə (I hissə), Goranboy, Yevlax, Naftalan, Şəmkir, Gədəbəy, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Göyçay, Ağdaş, Şamaxı, Qobustan, Kürdəmir, Lənkəran, Cəlilabad, Yardımlı, Bərdə, Tərtər, Ağdam, Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən, Şabran, Ağdərə (Talış kənd tam orta məktəbi), Xocalı, Xankəndi, Şuşa və Laçında (şəhər 2 nömrəli tam orta məktəb, Zabux və Sus kənd tam orta məktəbləri) tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirir. Bu gün tədrisi ingilis dilində olan məktəblərin şagirdləri də imtahan verirlər.

Məhəmməd Füzulinin 530 illiyinə həsr olunan ikicildlik nəşrin təqdimatı olub

Beynəlxalq Muğam Mərkəzində dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) 530 illik yubileyi münasibətilə hazırlanan ikicildlik nəşrin təqdimatı keçirilib. “bp Azərbaycan” şirkətinin dəstəyi və Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə hazırlanan ikicildliyə “Məhəmməd Füzuli. Şeirlər, poemalar, pyeslər” və “Məhəmməd Füzuli. Hekayələr və romanlar” kitabları daxildir.

Prezident İlham ƏIiyev “Barselona” Futbol Klubunun prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham ƏIiyev martın 1-də “Barselona” Futbol Klubunun prezidenti Xuan Laportanı qəbul edib.

AZƏRTAC xəbər verir ki, qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirən Xuan Laporta Azərbaycana ilk dəfə COP29 zamanı səfər etdiyini xatırlayaraq, Bakıdakı inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi, burada əməkdaşlıq üçün böyük potensial gördüyünü və məhz buna görə də qısa müddət ərzində ölkəmizə ikinci dəfə gəldiyini vurğuladı.

AZƏRTAC-105: Uzun, mürəkkəb, çətin və şərəfli yol

AzərTac, Rusiya Teleqraf Agentliyinin (ROSTA) filialı, AzQafRosta, AzərTA, ZaqTA, Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, Azərbaycan Dövlət Teleqraf Agentliyi, nəhayət Azərbaycan Dövlət İnformasiya Agentliyi…

Ağ evdə Trampla Zelenski arasında görüş keçirilir

Ağ evdə ABŞ Prezident Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş keçirilir.

AZƏRTAC xəbər verir ki, görüşdə ABŞ-ın Rusiya-Ukrayna müharibəsinə son qoymaq səyləri müzakirə edilir və sonda minerallarla bağlı sazişin imzalanacağı gözlənilir.