HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Daşkənddə Azərbaycan və Özbəkistan sənətçilərinə fəxri adlar təqdim olunub

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin 22 iyul 2024-cü il tarixli Sərəncamı ilə Özbəkistanın tanınmış estrada müğənnisi, bəstəkar, aktyor Fərrux Zakirov “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adına layiq görülüb. Bu il avqustun 6-da isə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Sərəncamı ilə görkəmli Azərbaycan bəstəkarı və müğənnisi Polad Bülbüloğlu “Özbəkistan Respublikasının Xalq artisti” fəxri adı ilə təltif edilib.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər

Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının şərəfinə burada fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 22-də Özbəkistan Respublikasına dövlət səfərinə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı İslam Kərimov adına Daşkənd Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.