HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 85 dəfə pozub.

APA-nın Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan ordusu bu ölkənin Noyemberyan rayonunun Voskevan, Dovex kəndlərində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Quşçu Ayrım, Kəmərli kəndlərində, Berd rayonunun Ayqepar, Mosesqex kəndlərində yerləşən mövqelərindən Azərbaycan ordusunun Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə, Ağdam kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən isə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini atəşə tutub.

İşğalçılar Goranboy rayonunun Gülüstan, Talış, Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Yarımca, Göyarx, Çaylı, Qızıloba, Ağdam rayonunun Cəvahirli, Kəngərli, Sarıcalı, Şıxlar, Novruzlu, Baş Qərvənd, Xocavəndrayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli,Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy,Xocavənd, FüzuliCəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən də Azərbaycan ordusunun mövqelərinə atəş açıblar.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 95 dəfə atəş zərbəsi endirib.

Azərbaycan artıq Avropadadır! – Nəzər nöqtəsi

Brüsseldə nəşr olunan “New  Europe” qəzetində millət vəkili Elxan Süleymanovla müsahibə dərc olunub. Müsahibənin mətnini oxucularımıza təqdim edirik.

 “New Europe” Azərbaycan Milli Məclisinin Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovla ölkənin Avropa perspektivlərini müzakirə etdi. 2015-ci ilin sentyabr ayında Azərbaycan Parlamenti öz nümayəndə heyətinin Aİ-nin Şərq Tərəfdaşlığı parlament tərkibi olan Avronest təşəbbüsündən geri çəkilməsinə səs verməsi nəticəsində Avronest zərbə aldı.

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 105 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Voskevan kəndlərində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Qazax rayonunun Qızılhacılı və Quşçu Ayrım kəndlərində yerləşən mövqeləri atəşə tutulub.

Goranboy rayonunun Gülüstan, Talış, Tərtər rayonunun Çiləbürt, Yarımca, Ağdam rayonunun Cəvahirli, Kəngərli, Sarıcalı, Şıxlar, Novruzlu, Mərzili, Qaraqaşlı, Şuraabad, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqelərinə atəş açılıb.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 112 dəfə atəş zərbəsi endirib.

AŞPA üzvü: Bu sənəd Azərbaycanın böyük uğurudur

Arkadio Diaz Tejera“Qarabağla bağlı real vəziyyətdən xəbəri olan deputatların sayı artır”.

Oxu.Az Avropa Şurası Parlament Assambleyasının ispaniyalı üzvü cənab Arkadio Diaz Tejera ilə müsahibəni təqdim edir.

– Cənab Diaz, Siz AŞPA-nın Siyasi Məsələlər və Demokratiya Komitəsinin üzvüsünüz. Məlum olduğu kimi, təmsil edildiyiniz komitə 2015-ci il 4 noyabr tarixində Parisdə məruzəçi cənab Robert Volterin hazırladığı “Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində zorakılığın artması” məruzə layihəsini qəbul etmişdir. Bu layihə barədə nə deyə bilərsiniz?