“Avropa İttifaqının işğalçı dövlətə qarşı sərt mövqedən çıxış etməsi Azərbaycan strateji tərəfdaşlıq əlaqələrini möhkəmləndirən faktorlardan biri ola bilər”

“Azərbaycanın 1993-cü ildən etibarən Avropa İttifaqı (Aİ) ilə münasibətlərdə maraqlı olduğunu bəyan edib və bu qurumla müxtəlif sahələrdə əlaqələr qurmağa başlayıb. “Qonşuluq siyasəti” və “Şərq Tərəfdaşlığı” proqramları çərçivəsində, o cümlədən vətəndaş cəmiyyəti quruculuğu prosesində Azərbaycanın gördüyü işlər Aİ tərəfindən yüksək qiymətləndirilib”.
APA-nın məlumatına görə, bunu “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda bu gün Belçikanın paytaxtı Brüssel şəhərində keçirilən beynəlxalq forumda çıxışında Azərbaycandan prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənov deyib.