“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar masasında bir sıra ağlabatan planlar var”.
APA-nın “armenpress.am”a istinadən verdiyi məlumata görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib. “Ola bilsin ki, bu planlar yekun deyil, amma onlar hazırda dövriyyədədir. Bu isə o deməkdir ki, onlar ətrafında danışıqlar davam etməlidir”, – deyə həmsədr söyləyib.
Şamaxının millət vəkili Elxan Süleymanov son illər ərzində yüksək balla ali məktəblərə daxil olmuş şamaxılı gənclərlə və 2011-ci ildən bəri Şamaxı məktəbliləri arasında hər il keçirilən, Mirzə Ələkbər Sabir yaradıcılığına həsr edilmiş qiraət müsabiqələrinin qalibləri ilə görüşüb. Təsis etdiyi təqaüdü alan 100-ə yaxın gənci, eləcə də onların valideynlərini Novruz bayramı münasibətilə təbrik edən Elxan Süleymanov sovqatlarını təqdim edib.