HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Mətbuat Şurası cəbhədəki vəziyyətlə bağlı KİV-ə çağırış edib

eflatun-amashov

Azərbaycan Mətbuat Şurası (MŞ) cəbhədə vəziyyətin gərginləşməsi ilə bağlı Kütləvi İnformasiya Vasitələrinə (KİV) çağırış edib.

APA-nın xəbərinə görə, MŞ sədri Əflatun Amaşov yaydığı açıqlamada hadisə və proseslərə münasibətdə həssas olmağın vacibliyini vurğulayıb.

“Hərçənd müşahidələrimiz onu deməyə əsas verir ki, tələskənliyə yol verən, hansısa formada populyarlıq qazanmağı hədəf seçərək media orqanları kimi fəaliyyət göstərdiyini iddia edən kimlərsə var. Belələri heç bir halda kütləvi informasiya vasitəsi olaraq qəbul edilməyəcəklər”, – deyə sədr qeyd edib.

Ə. Amaşov bildirib ki, “pozitiv və neqativ məzmunundan asılı olmayaraq düşmən qüvvələr istər özlərinin, yaxud özlərinə yaxın dairələrin internet informasiya ehtiyatlarında, istərsə də sosial şəbəkələrdə Azərbaycanın milli maraqlarına uyğun olmayan, beynəlxalq imicinə ləkə gətirən xəbərləri dövriyyəyə buraxırlar”: “Belə durumlarda media təmsilçilərimizin daha diqqətli olmaları şərtdir. 2016-cı ilin “aprel müharibəsi” dönəmində biz müəyyən istisnalarla da olsa, həssaslığı və diqqəti gördük. Yenə də görəcəyimizə əminik”.

MŞ sədri medianı Müdafiə Nazirliyinin açıqlamalarını gözləməyə çağırıb.

Ermənilərin azərbaycanlılara qarşı soyqırımı və etnik təmizləmə siyasətinin təhlil edildiyi kitabların təqdimatı keçirilir

14880106091170149261_1000x669

Fevralın 25-də Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” və “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kitablarının təqdimatı keçirilir.

Türkiyə səfiri: “Bizi soyqırımda ittiham edənlər Xocalıda törətdikləri cinayətin izini itirməyə çalışırlar”

rom2047

“Bu gün Azərbaycanın xarici siyasəti müəyyənləşdirən təməl məsələlərdən biri Dağlıq Qarabağ məsələsidirsə, daxili siyasətinin əsasını da bu məsələ təşkil edir”.

APA-nın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral “Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun 8 dildə (Azərbaycan, türk, rus, ingilis, fransız, alman, ərəb və Çin) çap olunmuş “Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” və “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kitablarının təqdimatında deyib.

Fransanın “La Revue” jurnalı Xocalı soyqırımından yazıb

148777628744154723_1000x669

Fransanın “La Revue” jurnalında Xocalı soyqırımının 25 illiyi ilə bağlı “Xəzər sahilində Oradur” sərlövhəli məqalə dərc olunub.

Məqalədə Xocalı soyqırımı haqqında məlumat verilir, beynəlxalq təşkilatın bu soyqırımın qurbanları ilə bağlı statistikası təqdim olunub. Xocalı soyqırımı 1944-cü ildə Fransanın Oradur-sür-Qlan şəhərində alman faşistləri tərəfindən törədilən hadisə ilə müqayisə edilir. Bildirilir ki, bu iki qətliam arasında fərq alman faşistlərinin cinayətinin bütün dünyada tanınması, ancaq Xocalı soyqırımına beynəlxalq ictimaiyyət tərəfindən laqeyd münasibətin göstərilməsi və onun hələ də işğal altında olmasıdır.