Ermənistanın hazırkı rejimi təkcə azərbaycanlılara deyil, ermənilərə qarşı da soyqırımı həyata keçirib
Ermənistanın hazırkı rejimi erməni xalqını talan edir. Serj Sarkisyan prezident yox, işğalçıdır. O, təkcə azərbaycanlılara deyil, ermənilərə qarşı da soyqırımı həyata keçirib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri erməni hüquq müdafiəçiləri noyabrın 9-da Bakıda, Beynəlxalq Mətbuat Mərkəzində keçirdikləri mətbuat konfransında bildiriblər.