HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində Gənclər Forumu işə başlayıb

14615684362050764988_1000x669

“İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” şüarı altında BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində aprelin 25-də Bakı Konqres Mərkəzində Gənclər Forumu işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Gənclər Forumunda beynəlxalq təşkilatların nümayəndələri, gənc liderlər, xarici və yerli gənclər təşkilatlarının rəhbərləri və təmsilçiləri iştirak edirlər.

Müdafiə Nazirliyi: Münaqişənin yeganə həlli yolu işğal olunmuş ərazilərdən Ermənistan qoşunlarının çıxarılmasıdır

Ermənistanın müdafiə naziri Seyran Ohanyanın münaqişənin həlli ilə bağlı Azərbaycana güzəştə getməmək mülahizələrinə AZƏRTAC-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər: “S.Ohanyanın bizə güzəştə getməyəcəyi haqqında düşündüyü hər qarış Azərbaycan torpağı erməni əsgərlərinin qanı tökülməklə azad olunacaqdır.

“Erməni soyqırımı” mükafatla yad edildi

Aprelin 24-də İrəvanda “erməni soyqırımı”nın növbəti ildönümü günündə 1 milyon dollar dəyərində “Aurora Prize” mükafatı “Şalom evi” və Burundidəki REM hospitalından Marqerit Barankitsə təqdim olunub. Mükafatı seçim komissiyasının həmsədri Corc Kluni təqdim edib. Əsasnamədə “Aurora Prize for Awakening Humanity” mükafatının “erməni soyqırımı” zamanı sağ qalmışların adından onların xilasedicilərinə ehtiram əlməti kimi təqdim olunduğu qeyd edilsə də, əsil məqsəd bir daha diqqəti qondarma soyqırıma cəlb etməkdir.

Vaşinqtonda erməni iddialarına qarşı Türkiyəyə dəstək yürüşü keçirilib

14615282456434358637_1000x669Aprelin 24-də Vaşinqtonda türk icmasının təşəbbüsü ilə təşkil olunmuş ermənilərin qondarma “erməni soyqırımı” iddialarına qarşı yürüş keçirilib. Ağ Evin qarşısından start götürən yürüş səfirliklərin yerləşdiyi küçələrdən keçib və Türkiyənin Vaşinqtondakı səfirliyi qarşısında başa çatıb.

Yürüşdə türkdilli və müsəlman icmaların nümayəndələri, o cümlədən Azərbaycanın Vaşinqton və Nyu York icmalarının fəalları da iştirak ediblər. Nümayişçilər 1915-ci ilin hadisələrinə dair iddialara, islamofobiyaya qarşı şüarlar səsləndiriblər. Bundan əlavə yürüşdə iştirak edən türkdilli icma üzvləri Azərbaycanı dəstəkləyən, erməni terrorunu və Ermənistanın ölkəmizə qarşı təcavüzünü pisləyən şüarlar da səsləndiriblər. Türk və Azərbaycan icmalarının nümayəndələri əllərində üstündə Xocalı soyqırımı haqqında faktların təqdim olunduğu, BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qoşunlarının Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən və erməni terrorunu pisləyən dörd qətnaməsinin yerinə yetirilməsi çağırışları olan plakatlar tutublar. Minlərlə nümayişçilərin iştirak etdiyi yürüşün önündə Türkiyə, ABŞ və Azərbaycan bayraqları dalğalandırılıb.

14615282454540220659_1000x669

Yürüşdə Türkiyənin Vaşinqtondakı səfiri Serdar Kılıç və Azərbaycanın Vaşinqtondakı səfiri Elin Süleymanov da iştirak ediblər.

Nümayiş zamanı vətənpərvərlik mövzusunda türk və Azərbaycan mahnıları səsləndirilib.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton