Bakıda külək güclənib
Saat 08:30-a olan faktiki hava açıqlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağıb, şimşək çaxıb.