HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Cəbhədə gərginlik: 5 erməni hərbçisi öldürüldü…

Cəbhə xətti

Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, aprelin 21-də cəbhənin Tərtər istiqamətində erməni silahlı birləşmələri ilə döyüş toqquşması baş verib. Qısa müddətli döyüşdə Silahlı Qüvvələrimizin bölmələri düşmənə ağır zərbə endiriblər. Nəticədə düşmənin 5 hərbiçisi məhv edilib, 10 nəfərədək yaralısı var.

Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi AŞPA-da qaldırılıb

Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasının birinci iş günündə çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva assambleyanı azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün Ermənistana təzyiq göstərməyə çağırıb.