Türkiyə daxili işlər naziri: “İstanbuldakı qətliam bir terrorçu tərəfindən törədilib”
İstanbuldakı “Reina” gecə klubunda qətliam bir terrorçu tərəfindən törədilib.
Hesabat dövrü ərzində Dövlət Dəniz Administrasiyası tərəfindən Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2006-cı il tarixli, 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə” rəhbər tutularaq dəniz nəqliyyatı sahəsində dövlət siyasəti və tənzimlənməsi istiqamətində qanunvericiliklə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi təmin edilib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları cari ildə altı problem, 24 mövzu üzərində elmi-tədqiqat işi aparıblar.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, cari ildə institut alimlərinin Qəbələ rayonu ərazisində eramızdan əvvəl IV minilliyin başlanğıcına aid Qafqazın bu dövr tarixi üçün ilk dəfə katakomba tipli qəbir abidəsi aşkarlayıblar. Tapıntı Azərbaycanda eramızdan əvvəl IV minilliyin birinci yarısında yayılmış Leylatəpə mədəniyyətinin dəfn adətlərinin tədqiqində yeni istiqamətdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin daha bir kitabı işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, “Yeni dünya nizamı və milli ideya” adlanan kitaba müəllifin 2002-ci və 2003-cü illərdə mətbuatda dərc olunmuş iki əsəri daxil olunub. Bu əsərlərin indi, 13-14 il sonra kitab şəklində nəşr olunaraq oxucuya yenidən təqdim edilməsi səbəbsiz deyil və dərin məntiqə söykənir.