HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

“Kaspi” qəzetinin 135 yaşı tamam olur

kaspi

Böyük ənənələrə malik “Kaspi” qəzetinin 135 yaşı tamam olur. Nəşr olunduğu bütün dövrlərdə “Kaspi” nüfuzlu mətbuat orqanı kimi seçilib. Görünüş etibarilə dəyişsə də, qəzet mövzulara münasibətdə yenə də əvvəlki peşəkarlığı qoruyur, ənənələrə sadiqdir. Bu gün Azərbaycan informasiya mühitini “Kaspi” qəzeti olmadan təsəvvür etmək mümkün deyil.  Dəyərli həmkarlarımızı bu əlamətdar tarix münasibətilə ürəkdən təbrik edir, yeni-yeni yaradıcılıq uğurları diləyirik.

1905.az

www.1905.az portalında Fuad Hüseynzadənin “Dünya Azərbaycanlılarının palitrası” kitabı müzakirə olunub

_mg_1779

Dekabrın 9-da www.1905.az portalının “Kvartet” rubrikasında Fuad Hüseynzadənin “Dünya Azərbaycanlılarının palitrası” kitabı müzakirə olundu. Kitabın müəllifi, Azərbaycan Diapor Jurnalistləri Birliyinin rəhbəri Fuad Hüseynzadənin, jurnalist Aida Eyvazlının, portalın direktoru, əməkdar jurnalist Fuad Babayevin və icmalçı Gündüz Nəsibovun iştirak etdiyi müzakirələrə  Ümumrusiya Azərbaycanlıları Konqresinin Krasnoyarsk şöbəsi üzrə sədr müavini Ələkbər Qarayev və Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin sədri, Moskvada yaşayan gənc diaspor üzvü Toğrul Alahverdili “Skype” vasitəsilə qoşuldular.

Rumıniya xəbər agentliyi : Dağlıq Qarabağda erməni vandalizmi video və fotolarda

14811730131757414205_1000x669

Rumıniyanın “Amos News” xəbər agentliyi öz saytında Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın işğal altında olan torpaqlarımızda ermənilərin törətdikləri vəhşilikləri aydın göstərən videosunu və fotolarını yerləşdirib. Həmin video və fotolar Azərbaycanın işğal edilmiş müxtəlif ərazilərində – Dağlıq Qarabağda, Sədərək rayonunun Kərki kəndində, Zəngilan rayonunun Məmmədbəyli kəndində, Laçın və Kəlbəcər rayonlarında, Cəbrayıl rayonunun Xələfli və Qumlaq kəndlərində və s. yerlərdə çəkilib.

Vaşinqtonda erməni işğalına qarşı etiraz aksiyası keçirilib

1481096436491189765_1000x669

Dekabrın 6-da ABŞ Konqresinin “Reybern” binasında qondarma “Dağlıq Qarabağın müstəqillik günü”nü bayram edən ermənilərin illik şousu təşkil edilib. Tədbir Xankəndidəki oyuncaq rejimin oyuncaq ofisi, Amerika Milli Erməni Komitəsi, öz büdcəsini ABŞ-ın erməni icmasının hesabına dolduran Amerika Erməni Assambleyası kimi qarşılıqlı əlaqəli qurumlar şəbəkəsi və Ermənistan Respublikasının əslində özü müstəqil dövlət olmayan bir ölkəni təmsil edən səfirliyi tərəfindən təşkil edilib. Qarabağın azərbaycanlı əhalisinə qarşı etnik təmizləməni və beynəlxalq hüquq normalarının digər ciddi pozulmalarını bayram etmək üçün keçirilən növbəti şouya Yerevandan oyuncaq rejimin “baş naziri” Araik Arutyunyan da gəlmişdi.

Dövlət qulluqçularının “Maraqların toqquşmasının qarşısının alınması” üzrə maarifləndirmə tədbiri həyata keçirilib

 

img_7094

Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasında “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli 1993 nömrəli Sərəncamından irəli gələn tapşırıqların yerinə yetirilməsi və Dövlət Dəniz Administrasiyasında işləyən əməkdaşlarla “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunan “Maraqların toqquşmasının qarşısının alınması” sahəsində maarifləndirmə işlərinin aparılması məqsədilə “Maraqların toqquşması və onun həlli” mövzusunda tədbir keçirilib.