Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsevi qəbul edib.
“Avropa İttifaqına üzv ölkələrin vətəndaşlarının, o cümədən Fransa, Almaniya, Bolqarıstan, Litva, Niderland, Çexiya, Polşa, İtaliya, Böyük Britaniya və Lüksemburqdan olan jurnalistlərin Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərinə səfər etmələri acınacaqlı haldır”.
“Mən dünən Hamburq görüşü ilə bağlı Anjey Kaspşiklə danışdım, Ermənistandan hələ də bir xəbər yoxdu”.
APA-nın məlumatına görə, bunu bu gün xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda işgüzar səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən mətbuat konfransında söyləyib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Azərbaycana gəlir.
Türkiyənin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfər bu axşam başlayacaq.
Sabah isə onun xarici işlər naziri Elmar Məmmədyarovla görüşü olacaq. Görüşün sonunda nazirlər mətbuat konfransı keçirəcəklər.
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 56 dəfə pozub.