HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Gürcü jurnalist: “Azərbaycanla Gürcüstan Ermənistana qarşı birgə mübarizə aparmalıdır”

b86a771f38d0009cce226df48f072bdc

Tiflisdə Qarabağ Azadlıq Təşkilatı (QAT) tərəfindən Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş tədbir keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev bildirib ki, Dağlıq Qarabağ problemi 24 ildir davam edir və ATƏT-in Minsk qrupunun münaqişənin həllinə dair gördüyü işlərin heç bir nəticəsi olmayıb.

Prezident: “Terrorçuları “yaxşılara və pislərə” bölmək düzgün deyil”

407394315Prezident İlham Əliyev Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, Rusiya tərəfinin Suriyadakı vətəndaş münaqişəsinin həllinə yanaşması özünü doğruldur

Terrorçuluğa yalnız bütün dünya ictimaiyyətinin, aparıcı ölkələrin birgə səyləri ilə qalib gəlmək mümkündür. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev Sputnik Azərbaycan-a müsahibəsində deyib. Prezident bildirib ki, Rusiya tərəfinin Suriyadakı vətəndaş münaqişəsinin həllinə yanaşması özünü doğruldur.

Almaniyada erməni işğalı haqqında kitab nəşr edilib

ee7c353a3aef6436416c63bed69e989d

Almaniyalı alim, Berlin Azad Universitetinin dosenti Mixael Raynhard Hessin “Tanklar cənnətdə. Ermənistan-Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi” adlı kitabı alman dilində nəşr olunub.

APA-nın xəbərinə görə, kitabda Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin orta əsrlərdən başlayaraq tarixi, Türkmənçay müqaviləsindən sonra ermənilərin İran və Osmanlı ərazilərindən kütləvi şəkildə Azərbaycan ərazilərinə köçürülməsi, ADR dövründə Dağlıq Qarabağ bölgəsinin Azərbaycana məxsusluğunu təsdiq edən status məsələsi, 1988-ci ildə ermənilərin Azərbaycana qarşı qaldırdığı ərazi iddiaları, Ermənistanın 1991-1994-cü illərdə Azərbaycan torpaqlarını işğal etməsi və digər məsələlər elmi faktlar əsasında yer alıb.