Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 8 dəfə pozub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün sentyabrın 16-da Qırğız Respublikasına səfərə gəlib.
Bişkekin “Manas” Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısını Qırğızıstanın Baş naziri Sooronbay Jeenbekov və digər yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.