Operativ-taktiki təlimlər davam edir
Müdafiə Nazirliynin saytına istinadən verilən məlumata görə,Silahlı Qüvvələrin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq iyunun 19-dan başlanan operativ-taktiki təlimlər davam edir.
Müdafiə Nazirliynin saytına istinadən verilən məlumata görə,Silahlı Qüvvələrin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq iyunun 19-dan başlanan operativ-taktiki təlimlər davam edir.
İsrailin nüfuzlu “The Jerusalem Post” nəşrində Ermənistanda nasistə abidə ucaldılmasının ciddi tənqid olunduğu məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə İkinci Dünya müharibəsində nasistlərin tabeçiliyində olan hərbi birləşməyə başçılıq edən millətçi erməni Qaregin Njdeyə Ermənistanın paytaxtı Yerevanda ucaldılmış abidə tənqid atəşinə tutulub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, görüşdə Ermənistan prezidenti Serj Sarkisyan bildirib ki, atəşkəsin pozulması hallarının araşdırılması mexanizminin yaradılması Dağlıq Qarabağ danışıqlarının aparılması üçün yaxşı zəmin yaradacaq.
“İstəyirik ki, Dağlıq Qarabağ problemi yalnız sülh yolu ilə həll olunsun”, – deyə o vurğlayıb.
S. Sarkisyan təəssüflə qeyd edib ki, bu cür münaqişələr bir tərəfin arzusu ilə həll olunmur. “Əgər artıq əldə etdiyimiz anlaşmaların implementasiyası üzrə irəliləsəydik, yəni insidentlərin araşdırılması mexanizmlərini yarada bilsəydik, sevinərdik. Bu, danışıqların aparılması üçün işgüzar əhval-ruhiyyə yaradardı”.
Azərbaycanın Özbəkistandakı səfirliyi, bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Ziyouz.uz portalında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən məqalə yayılıb.
Biz – Dünya Azərbaycanlılarının IV Qurultayının nümayəndələri planetimizdə sülhü və təhlükəsizliyi təhdid edən terrorçuluq, etnik separatizm, milli, dini və irqi ayrı-seçkilik, hərbi təcavüzkarlıq meyillərinin artmasından dərin narahatlığımızı ifadə edirik. Sivilizasiyalararası dialoqun, xalqların dinc və yanaşı yaşaması kimi ümumbəşəri ideyaların, dövlətlər arasında qarşılıqlı hörmət və etimadın gücləndirilməsinə heç vaxt olmadığı qədər böyük ehtiyac yarandığına əminliyimizi bildiririk. Biz inanırıq ki, heç bir münaqişə və ya mübahisə güc və zorakılıq yolu ilə həll olunmamalı, eyni zamanda, kiçik və böyüklüyündən asılı olmayaraq hər bir dövlətin suveren hüquqlarına hörmətlə yanaşılmalı, sülhün və təhlükəsizliyin təmin olunması üçün dünya dövlətləri öz səylərini səfərbər etməlidir.
Ermənistan XİN-in növbəti səhv şərhləri ilə əlaqədar vurğulamaq istərdik ki, milyonların kumiri Polad Bülbüloğlu diplomatik işində özünü büruzə verən peşəkarlığı, istedadı və yüksək mənəvi keyfiyyətləri ilə pərəstişkarlarının rəğbətini qazanarkən, Ermənistan XİN-in qondarma “mətbuat katibi”, guman ki, hələ əlifbanı öyrədirdi. Bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.