HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

1905.az portalı “KOS Expo 2016” sərgisində

Mayın 27-də Bakı Biznes Mərkəzində “İpək yolu” Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “KOS Expo 2016” sərgisi və “İqtisadi islahatlar və universitet-sənaye əməkdaşlığı” konfransı keçirilir. Sərgidə təhsil, inşaat, İT, səhiyyə, reklam, qida və s. sektorları təmsil edən 70-dək şirkət öz məhsullarını, onlara ayrılan stendlərdə nümayiş etdir. 2 panel üzrə keçirilən konfransın I panelində “İqtisadi islahatlar və ixracın artırılması yolları”, II paneldə isə “Universitet-iş dünyası əməkdaşlığı və iqtisadi inkişaf üçün innovativ mühitin formalaşdırılması yolları” müzakirə edilir. Konfransda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında “Bilik Fondu”, Azərbaycan Dövlət İqtisad Universiteti, Qafqaz Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və s. nümayəndələri çıxış edib. Sərgi-Konfransın əsas məqsədlərindən biri Universitet – İş dünyası arasındakı münasibətlərin qurulmasında vasitəci olmaqdır.

Los-Ancelesdə Xocalı soyqırımına dair kitab nəşr olunub

ABŞ-ın yarım milyon erməninin yaşadığı Los-Anceles vilayətində Xocalı soyqırımına və Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasətinə dair kitab nəşr olunub. Kitab tanınmış “Floricanto Press” nəşriyyatı tərəfindən çap edilib.

Bir qrup veteran cəbhə bölgəsinə səfər edib

veteran1

Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, istefada olan general-mayor Dadaş Rzayev və onun müavini, ehtiyatda olan polkovnik, siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilov cəbhə bölgəsinə səfər edərək şəxsi heyətlə görüşüblər.
Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani görüşlər zamanı qeyd edib ki, nazirliyin qeyri-hökumət, xüsusilə də veteran təşkilatları ilə əlaqələri gündən-günə genişlənir. Birgə keçirilən tədbirlər əsgər və zabitlərin, xüsusi təyinatlı hərbi təhsil müəssisələrin kursantlarının mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun və vətənpərvərlik hissinin daha da yüksəldilməsində mühüm əhəmiyyət kəsb edir.