HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Şamaxıda altıncı Sabir bədii qiraət müsabiqəsinə yekun vuruldu

_MG_8336

Mayın 18-19-da Şamaxı şəhərində Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə növbəti-altıncı Sabir bədii qiraət müsabiqəsinin yekun tədbirləri  keçirildi. Müsabiqədə rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin şagird və tələbələri iştirak edirdilər. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının və Söz Azadlığını Müdafiə Fondunun birgə təşkil etdiyi müsabiqə ənənəyə uyğun olaraq iki mərhələdə keçirilir. Əvvəlcə təhsil müəssislərində keçirilən müsabiqənin qalibləri rayon səviyyəsindəki tədbirə qatılırlar. Yüzdən artıq iştirakçının qatıldığı müsabiqənin yekun turu şair Musa Yaqubun rəhbərlik etdiyi münsiflər heyəti tərəfindən qiymətləndirildi.

Silahlı Qüvvələrimiz tərəfindən 2000 hektardan artıq ərazi azad edilib

mudafie nazirliyi

Ermənistan silahlı qüvvələrinin itkiləri isə on qat artıqdır
Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, Ermənistan Respublikasının rəhbərliyi aprel ayının əvvəllərində işğal olunmuş ərazilərdə Azərbaycana qarşı silahlı təxribat törətdiklərini və bunun nəticəsində qoşunların təmas xəttinin əhəmiyyətli dərəcədə dəyişildiyini nəhayət ki, rəsmi təsdiq edib.

Ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş hərbi qulluqçuların təltifləri ailə üzvlərinə təqdim edilib

mqagorus1

Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2016-cı il 19 aprel tarixli Sərəncamı ilə ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdikləri şəxsi igidliyə görə polkovnik-leytenant Mirzəyev Murad Telman oğluna və mayor İmanov Samid Gülağa oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.