HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

17 noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür

Bu gün – noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür.

AZƏRTAC xatırladır ki, Azərbaycan xalqının azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr – Milli Dirçəliş Günü ölkənin müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb.

ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qalmış Azərbaycan QHT təmsilçiləri bəyanat yayıb

Bir qrup Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçisi ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qalması, xəsarətlər alması barədə birgə bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir: “Biz – bir qrup Azərbaycan QHT təmsilçiləri Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına müraciət edərək Bakıya gəlmiş ABŞ konqresmeni Frank Peloninin göstərişi ilə onun mühafizəçiləri tərəfindən zorakılığa, şiddətə məruz qaldığımızı bəyan edirik.