“China Daily” qəzeti Heydər Əliyev Fondunun “Azərbaycan. Təbiətin sehrində” nəşrinin təqdimatından yazıb

Çinin ingilisdilli “China Daily” qəzeti Bakıda keçirilən COP29 çərçivəsində Heydər Əliyev Fondunun Azərbaycana həsr olunan yeni nəşrinin təqdimatı barədə məqalə yayıb.
Çinin nüfuzlu nəşri sıx əməkdaşlıq etdiyi AZƏRTAC-ın təqdim etdiyi materiala istinad edərək, ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, layihə rəhbəri Prezidentin köməkçisi Anar Ələkbərov olan nəşrdə Azərbaycanın füsunkar təbiəti, flora və faunasına dair fotoşəkillərin, müvafiq məlumatların yer aldığını yazıb.