HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdə Tərtər çayı üzərində yerləşən “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda Tərtər çayı üzərində yerləşən “Azərenerji” ASC-nin 22,5 MVt gücündə olan “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, “AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Parlament seçkilərində ölkə üzrə seçici fəallığı 37,27 faiz olub

Sentyabrın 1-də Azərbaycanda keçirilən parlament seçkilərində seçici fəallığı açıqlanıb.

AZƏRTAC xəbər verir ki, saat 19.00-da səsvermə başa çatıb və 2 milyon 196 min 711 nəfər seçici səsvermədə iştirak edib.

Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov bildirib ki, parlament seçkilərində seçici fəallığı 37,27 faiz olub.