HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Füzuli rayonunda sursat partlayıb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

Füzuli rayonunda sursat partlayışı baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıb. Bildirilib ki, hadisə işğaldan azad edilmiş Zərgər kəndində qeydə alınıb. “Füzuli rayon kənd sakini, tikinti işlərinə cəlb edilmiş 1978-ci il təvəllüdlü Aslanov Racu Murad oğlu mina və digər partlayıcı sursatlardan təmizlənməmiş ərazidə baş verən sursat partlayışı nəticəsində müxtəlif bədən xəsarətləri alıb. Həyati təhlükəsi yoxdur. Faktla bağlı Füzuli Rayon Prokurorluğunda araşdırma aparılır. ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!”, -deyə qeyd olunub.

Bakıda velosiped kirayəsi xidməti fəaliyyətə başlayıb

Bu gündən Bakı şəhərində ilk “bike-sharing” (velosiped kirayəsi) xidməti fəaliyyətə başlayıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, velosipedi icarəyə götürməyə, səyahət etməyə və istənilən parklanma yerinə qaytarmağa imkan verən sistem sakinlərə və turistlərə şəhərdə təhlükəsiz və davamlı səyahətlər etmək üçün əlverişli imkanlar yaradır. Velosiped kirayəsi xidməti istifadəçiləri tıxac və parkinq kimi qayğılardan da azad edir.

COP29: Azərbaycan iqlim dəyişikliyi ilə mübarizəyə öz töhfəsini verir

Azərbaycan noyabrda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a Azərbaycan ev sahibliyi edəcək. Ölkəmiz bu irimiqyaslı beynəlxalq tədbirə yüksək səviyyədə hazırlaşır. Səksən mindən çox qonaq – dünya ölkələrinin prezidentləri, baş nazirləri, digər rəsmi şəxslər, eləcə də beynəlxalq təşkilatların nümayəndələri Azərbaycana gələrək iqlim dəyişikliyi ilə bağlı məsələləri ətraflı müzakirə edəcəklər. Hansı ki, bu müzakirələrdə veriləcək qərarlar planetimizin gələcəyinə birbaşa təsir edəcək.