HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Məcburi köçkünlər mina təhlükəsi barədə məlumatlandırılır

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) məcburi köçkünlər üçün “Risklər barədə maarifləndirmə və təhlükəsiz davranış” mövzusunda silsilə təlimlər keçirir.

Prezident İlham Əliyev Azərbaycan Milli Olimpiya komandasının üzvlərinin bir qrupunu təltif edib

Prezident İlham Əliyev Azərbaycan Milli Olimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, dörd nəfər “Şöhrət” ordeni, bir nəfər 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, iki nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, üç nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, yeddi nəfər 3-cü dərəcəli “Əmək” ordeni, iki nəfər isə “Tərəqqi” medalı ilə təltif edilib.

“Paris-2024”: Azərbaycan nümayəndə heyəti Vətənə qayıdıb

“Paris-2024” Yay Olimpiya Oyunlarında iştirak etmiş Azərbaycan nümayəndə heyəti Vətənə qayıdıb.

AZƏRTAC xəbər verir ki, onların arasında gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və baş katibi Azər Əliyev, digər rəsmilər, eləcə də Olimpiadanın gümüş və bürünc medallarını qazanmış idmançılar olublar.

“Exit poll” keçirmək üçün Mərkəzi Seçki Komissiyasında iki təşkilat qeydə alınıb

“Exit poll” keçirmək üçün Mərkəzi Seçki Komissiyasında iki təşkilat qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, MSK-nın avqustun 12-də keçirilən iclasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (“ORACLE ADVISORY GROUP” (Amerika Birləşmiş Ştatları) ilə birgə) və “Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi (SWG S.P.A tədqiqatlar şirkəti (İtaliya) ilə birgə) qeydə alınması ilə bağlı məsələ səsə qoyularaq qəbul