HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

İyulun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarında parlaq qələbə ilə Olimpiya çempionu adını qazanan cüdoçu Hidayət Heydərova zəng ediblər.

Dövlət Komitəsinin “Könüllü fəaliyyət” layihəsinin iştirakçıları regional bölmə və dini ibadətgahlarda təcrübəyə başlayıblar

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) “Könüllü fəaliyyət” layihəsinin iştirakçıları yay ayları ərzində asudə vaxtlarını səmərəli keçirmələri, gələcək peşə fəaliyyətlərində uğur qazanmaları üçün praktiki biliklərə yiyələnmələri məqsədilə təcrübə proqramına cəlb ediliblər.

Bölgələrdə leysan xarakterli yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.8 metrə çatıb

İyulun 29-u saat 8:30-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, düşən yağıntının miqdarı Lənkəranda 68 mm, Astarada 59 mm, Şəkidə 57 mm, Yardımlıda 42 mm, Lerik, Gədəbəydə 35 mm, Gəncədə 33 mm, Göygöldə 29 mm, Kürdəmirdə 26 mm, Şəmkirdə 24 mm, Şahdağda 22 mm, Tovuz, Qaxda (Sarıbaş) 19 mm, Daşkəsən, Zaqatalada 18 mm, Balakəndə 14 mm, Oğuzda 10 mm, Qubada 9 mm, Qusar, Qrızda 8 mm, Şirvanda 7 mm, Göyçay, Şamaxıda 6 mm, Sədərək, Qəbələ, Tərtər, Bərdə, Yevlax, Ağstafa, İsmayıllı, Göyçay, Kürdəmir, Xaltan, Beyləqan, Naftalan, Mingəçevir, Zərdab, Altıağac, Qobustan, Naxçıvan, Şərur, Ağdam, Sabirabad, Cəfərxan, Biləsuvar, Kəlvəz, İmişli, Cəfərxan, Şabranda 5 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.